SON DƏQİQƏ! Putindən Ukrayna müharibəsi ilə bağlı VACİB AÇIQLAMA - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı mövcud vəziyyət və danışıqlar prosesi ilə bağlı mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Rusiya dövrət başçısı münaqişənin artıq yekunlaşma mərhələsinə doğru getdiyini bildirib.

Hadisələrin tarixinə toxunan Putin, Ukraynadakı gərginliyin Kiyevin Avropa İttifaqı ilə əlaqə qurmaq cəhdlərindən sonra başladığını xatırladıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüş barədə danışan Rusiya lideri bildirib ki, qarşı tərəfdən hər hansı xüsusi mesaj almasa da, Zelenskinin şəxsi görüşə hazır olduğunu bir daha eşidib.

Rusiya tərəfinin dialoqdan heç vaxt imtina etmədiyini vurğulayan Putin, "Görüşmək istəyən şəxs Moskvaya gəlməlidir", - deyə əlavə edib.

O, həmçinin qeyd edib ki, üçüncü ölkədə görüş yalnız uzunmüddətli tarixi perspektiv üçün yekun razılaşmalar əldə olunduğu təqdirdə baş tuta bilər.

Beynəlxalq aktorların rolunu dəyərləndirən Rusiya Prezidenti, ABŞ-ın səmimi şəkildə nizamlanmaya can atdığını, lakin digər prioritet vəzifələri səbəbindən bu münaqişənin onlara maraqlı olmadığını iddia edib. Putin vurğulayıb ki, tənzimləmə prosesi hər şeydən əvvəl Rusiya və Ukraynanın daxili işidir.

Bundan əlavə, Putin 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makronla aralarında keçən maraqlı bir dialoqdan danışıb. Onun sözlərinə görə, Makron zəng edərək Ukraynanın İstanbulda "gicgahına tapança dayanmış halda" sənəd imzalaya bilməyəcəyini deyib və Rusiya qoşunlarının Kiyevdən geri çəkilməsini xahiş edib. 

Musavat.com

09.05.2026 22:48
1812