SON DƏQİQƏ! Müctəba Xamenei ORDUYA ƏMR VERDİ - NƏ BAŞ VERİR?

İranın ali rəhbəri Müctəba Xamenei "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı Əli Abdullahi ilə görüşündə ölkə ordusuna "düşmənləri çəkindirmək üçün yeni göstərişlər" verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İranın SNN telekanalı yayıb.

Əli Abdullahi Müctəba Xameneinin qəbulunda olarkən İslam Respublikasının silahlı qüvvələrinin mövcud vəziyyəti barədə məruzə ilə çıxış edib.

Bu, ordu komandanının ali rəhbərlə görüşü barədə yayılan ilk rəsmi məlumatdır.

Bildirilir ki, Abdullahi görüş zamanı Xameneini İran silahlı qüvvələrinin ona "tam sadiq olduğuna", ölkənin suverenliyini və milli maraqlarını qorumağa hər an hazır olduqlarına dair əmin edib.

Məlumatda deyilir: "Bu görüşdə silahlı qüvvələrin Ali Baş Komandanı ayətullah Müctəba Hüseyni Xamenei yeni tədbirlər elan edib və düşmənlərə qarşı qətiyyətli müqavimətin davam etdirilməsi üçün zəmin hazırlayıb".

Dövlət televiziyasının məlumatına görə, Abdullahi öz məruzəsində İslam Respublikası ordusunun "mükəmməl müdafiə və hücum hazırlığına" malik olduğunu, ABŞ və İsrailə qarşı durmaq üçün lazım olan strateji planların, silah və sursatın mövcudluğunu qeyd edib.

Abdullahi həmçinin vurğulayıb ki, "düşmən" tərəfindən hər hansı bir təcavüz baş verərsə, silahlı qüvvələr buna "sürətli və güclü" cavab verəcək.

Musavat.com

10.05.2026 15:55
3061