Sofiyada Azərbaycan günü - foto

Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi tərəfindən Sofiya şəhərində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Musavat.com səfirliyə istinadla xəbər verir ki, tədbirdə fəxri qonaq qismində Bolqarıstan Respublikasının baş nazirinin müavini, iqtisadiyyat, sərmayə və sənaye naziri Aleksandr Pulev, energetika naziri İva Petrova, nnovasiya və rəqəmsal transformasiya naziri İvan Vasilyev, turizm naziri İlin Dimitrov, xarici işlər nazirinin müavini səfir Kristo Polendakov, bir sıra nazirliklərdən nazir müavinləri, dövlət və hökumət nümayəndələri, media rəhbərləri, eləcə də Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstanındakı fövqəladə və səlahiyyətli səfiri Elmar Məmmədov və Bolqarıstan Respublikasının baş nazirinin müavini Aleksandr Pulev çıxış edib.

Səfir Elmar Məmmədov çıxışında bu il müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdıraraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Musavat.com

 

28.05.2026 22:16
369