Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan Əl Səud və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.
Musavat.com xəbər verir ki, məlumatı Səudiyyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, görüşdə Yəməndəki vəziyyəti və Hörmüz və Bab əl-Məndəb boğazlarında naviqasiya təhlükəsizliyi müzakirə olunub: "Tərəflər beynəlxalq dəniz dəhlizlərində, xüsusən də Hörmüz və Bab əl-Məndəb boğazlarında naviqasiya təhlükəsizliyinin və naviqasiya azadlığının təmin edilməsinin vacibliyinə toxunublar".
Xarici işlər nazirləri həmçinin Ər-Riyad və Vaşinqton arasındakı münasibətlərin vəziyyətini və onları gücləndirməyin yollarını müzakirə ediblər. Onlar son regional və beynəlxalq inkişaflara, xüsusən də Yəməndəki münaqişəyə və onun həlli səylərinə diqqət yetiriblər.
Musavat.com