Serj Sərkisyan Trampa ilişdi: "TRIPP-in nə olduğunu başa düşmürəm..."

“Mən TRIPP-in nə olduğunu tam anlamıram”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti, Xocalı hərbi canisi Serj Sərkisyan bu gün yerli jurnalistlərə açıqlamasında bildirib.

SİTAT: “Heç nə başa düşmürəm. Sadəcə, anlayıram ki, azərbaycanlılar da, türklər də, Ermənistan ictimaiyyətinin bir hissəsi də ona dəhliz deyir və hakimiyyət orqanları bunu təhlükəsizlik zəmanəti, yolayrıcı və ya başqa bir uydurma hesab edir. Amma bildiyimiz kimi, onların dedikləri bir həftə, bir ay və ya iki həftə ərzində dəyişir, tamamilə əksinə olur. Biz onların sözlərinə əsaslanaraq hərəkət edə bilmərik”, - deyə Sərkisyan bildirib.

TRIPP layihəsində hər hansı bir risk görüb-görmədiyi sualına isə o, belə cavab verib: “Sənədi nəzərdən keçirəndə hər hansı bir risk görüb-görmədiyimi deyəcəyəm. Onlar hətta Ermənistan ordusuna sülhün zəmanətçisi kimi çıxış etməyə icazə verməyiblər, bəs bu sənəd necə sülhə zəmanət sayıla bilər? İqtisadi münasibətlər, istənilən iqtisadi fəaliyyət sülhə töhfə verə bilər, amma sülhə zəmanət verə bilməzlər”, - eks-prezident əlavə edib.

Nigar HƏSƏNLİ
Musavat.com

03.02.2026 19:48
1265