Sərdarabadda döyüş sursatı aşkarlandı

Bu gün Ermənistanın Armavir rayonunda (Sərdarabad) polis xüsusi əməliyyat keçirib.

Musavat.com-un məlumatına görə, axtarışlar zamanı polis ərazidə “topxana” aşkarlayıb. Əməliyyat yerindən döyüş sursatı, pnevmatik tüfəng, qaz tapançası və narkotik maddə aşkarlanıb. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan faktı təsdiqləyib.

Xatırladaq ki, bu gün səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları Armavir 20 ünvanında axtarış aparıb. Silah və sursatla bağlı əldə olunan əməliyyat məlumatı təsdiqini tapıb.

Seçkiöncəsi bu kimi əməliyyatlar intensiv şəkildə aparılır. Nikol Paşinyana qarşı sui-qəsd hazırlıqları ilə bağlı xəbərdarlıqlar Ermənistanın güc strukturlarını hərəkətə keçməyə vadar edib.

Musavat.com

 

 

02.06.2026 23:54
994