SEPAH Hörmüzdən keçmək istəyən gəmiləri belə qorxudur - CENTCOM açıqladı

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti “Alqaya” adlı supertankerin Hörmüz boğazının cənub hissəsindəki məhdud ərazidən keçməyə çalışarkən dəniz minasına düşdüyünə dair məlumat yayıb.

İran tərəfi iddia edir ki, gəmi alov içindədir: “Yanğını söndürmək cəhdləri uğursuz olub və bütün tanker alov içindədir".

SEPAH həmçinin qeyd edib ki, əvvəllər gəmi heyətini bu qanunsuz marşrutdan istifadənin təhlükələri barədə xəbərdar etmişdi.

Musavat.com xəbər verir ki, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) isə SEPAH-ın bu iddiasının yalan olduğunu elan edib:

"Ötən ay Panama bayrağı altında üzən El Gaia tankeri İran raketi ilə vurulub və sıradan çıxıb. Ötən həftə sonu İran Oman sahillərində olarkən gəmiyə yenidən dronla hücum edib. Tanker hazırda regional tərəfdaş tərəfindən yedəklənir. SEPAH-ın yalan iddiası bu təşkilatın boğazda ticarət gəmilərinin hərəkətinə mane olmaq üçün istifadə etdiyi yalan və hədə-qorxuların daha bir nümunəsidir".

Musavat.com

 

15.09.2026 09:31
628