Səbaildə avtomobillər toqquşdu - 28 yaşlı gənc...

Bakının Səbail rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Musavat.com report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Əliyev Taleh Sərdar oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

15.06.2024 08:30
375