“Salyut-7”-nin sirri -kosmonavtlar nəhəng mələklərlə görüşüb?

ABŞ hökuməti yerdənkənar həyat formaları və naməlum uçan obyektlər haqqında sənədləri dərc etməyə başlayacaq. Vaşinqton bu addımı atsa da, Moskva rəhbərliyi nə SSRİ dövründə, nə də hazırda əlində olan sənədləri açıqlamağı düşünmür. Halbuki bir çox SSRİ kosmonavtı planetdən kənarda naməlum varlıqlar gördüklərini etiraf ediblər. Bəzi sənədlər və izah olunmamış hadisələrlə bağlı çoxlu sayda yazılar hələ də gizlədilir. Lakin hazırda məlum olan inanılmaz mövzular da mövcuddur. Bu, “Salyut 7” stansiyasında olan kosmik heyətə aiddir.

Nəhəng mələklərlə görüş

Sovet kosmonavtları elmi izahı olmayan sirli bir hadisənin şahidi olublar. Amerikalı kosmonavtlar da oxşar hadisə ilə rastlaşıblar. Amerikada bu hadisə cəmiyyətə tez bir zamanda yayılıb, lakin Sovet İttifaqında gizli saxlanılıb.

cd3f5ce0-00e0-485e-8295-9ca8b472d624.jpeg (216 KB)

Bəs kosmonavtlar 1985-ci ildə kosmosda nə görüblər ki, sonradan danışmaqları qadağan edilib?
1982-ci ildə elmi işlərə başlamaq üçün “Salyut-7” stansiyası orbitə buraxılıb. O, həm yerli, həm də xarici istehsalın ən müasir avadanlıqları ilə təchiz olunub. Heç kim bu stansiyanın heyətinin elmi izahı olmayan qeyri-adi bir hadisənin şahidi olacağını təsəvvür edə bilməyib. 1984-cü ilin əvvəllərində stansiyanın heyətinə Leonid Kizima (komandir), Vladimir Solovyov, Oleq Atkov, Svetlana Savitskaya, İqor Volk və Vladimir Canibekov daxil olub.

Ölkənin kosmik sənayesi liderlərinin uzun müddət susduğu hadisəni kosmonavtlar beş ay kosmosda olduqdan sonra görüblər. Onlar yollarında narıncı rəngdə bir bulud peyda olana qədər səylə kosmik tədqiqatlar haqqında yeni məlumatlar toplayıblar. Ekipaj komandiri bunu Yerə bildirib və ən maraqlı hissə bundan sonra baş verib.

e4a3a214-80a7-43f3-a392-ec8eb08d99cf.jpeg (120 KB)

Stansiyanın özü bulud içində qərq olub və kosmonavtlar bir neçə saniyə ərzində kor edən bir işıqla əhatə olunublar. Bu narıncı bulud içəri nüfuz etdikdən sonra ekipaj yenidən görmə qabiliyyətini itirib. Bulud qismən çəkildikdə stansiyanın heyəti dərhal nəsə görmək üçün illüminatorlara doğru gediblər.
Onlar göydə mələklərə oxşayan yeddi nəhəng fiqur görüblər. Qanadları seçilməsə də, onların üzləri sevincli və qonaqpərvər təbəssümlərlə parıldayıb. On dəqiqə sonra mələk fiqurları heyət üzvlərinin gözündən yoxa çıxıb. Yerə endikdən sonra bütün kosmonavtlar həkimlər tərəfindən müayinə edilib. Lakin onlar qeyri-adi bir şey tapmayıblar. Hətta heç kimdə heç bir anomaliya belə olmayıb.

Orbital möcüzələr və sirlər

Kosmosdakı bu cür hadisələr ciddi şəkildə təsnif edilib. Çünki geniş ictimaiyyətin kosmonavtların izah olunmayan hadisələrlə qarşılaşmaları barədə bilməsi lazım olmayıb. Daha sonra bu cür hallardan insanların diqqəti yayındırmaq üçün elmi əsaslar ortaya atılıb. Məsələn, bir çox kosmonavt qeyri-adi və qəribə hadisələrlə qarşılaşıb. Öz növbəsində Vladislav Volkov səslər, uşaq qışqırığı və it hürüşməsi eşidib. Yuri Qaqarin orbitdə olarkən elektron musiqini xatırladan musiqi duyub.

e6f34771-e9c1-4c36-bd08-7d9ae2d0f880.jpeg (279 KB)

18 mart 1965-ci ildə Aleksey Leonov kosmosa çıxıb. Rəsmi məlumata görə, onun skafandrı şişirilib və o, yenidən kosmosa çıxmaqda çətinlik çəkib. Lakin gizli gündəlik və şahid ifadələri bunun əksini göstərib.

Kosmosa çıxdıqdan səkkiz dəqiqə sonra o, gəminin yaxınlığında parlayan bir cisim olduğunu bildirib. Bir an sonra rabitə kəsilib.

Alimlərə görə, bəzi kosmonavtlar sadəcə zehni olaraq başqa varlıqlara çevriliblər. Bu proses oxşar hadisələri yaşadıqları və musiqi ilə müşayiət olunan səsləri eşitdikləri üçün “Solaris effekti” adlandırılıb.

f2b46ff0-140d-4fb2-ba7e-213383c14754.jpeg (184 KB)

Bütün hallarda kosmonavtların gördüyü hal mütləq gizlədilib. Çünki fiqurlar bir və ya iki nəfər tərəfindən yox, ümumi ekipaj tərəfindən görülüb. Odur ki, bunun “Solaris effekti” adlandırmaq çətinləşir. Özü də bir neçə şəxsin beynində eyni anda tək bir görüntünün formalaşması mümkün deyil və elmi izahı yoxdur. Bütün bunlara baxmayaraq, səmada olanların bütün ifadələri qeyd kimi götürülüb və arxiv idarəsində gizlədilib. Üzərindən illər keçməsinə baxmayaraq həmin ifadələr gizli saxlanılır.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

20.02.2026 22:04
10913