Sahədə soğan yığarkən öldü

Ağdamda qadın işlədiyi ərazidə ölüb.

Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə dünən saat 13 radələrində Mərzili kəndinin ərazisində baş verib.

Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Xanım Qeyis qızı Məmmədova sahədə soğan yığımı zamanı halının pisləşməsi nəticəsində ölüb.

Araşdırma aparılır.

25.07.2026 15:48
666