“Şahdağ” hoteli görün kimin İMİŞ

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən Quba şəhəri Lütfizadə küçəsində yerləşən "Şahdağ" oteldə Quba Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti-quraşdırma işlərinin aşkarlanması barədə iddialara münasibət bildirib.

Musavat.com xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında yayılan məlumatları təkzib edib.

Ə.Məhərrəmzadə deyib ki, sözügedən otel ona məxsus deyil:

""Şahdağ" hoteli qardaşıma məxsusdur. Orada qanunsuz tikinti yoxdur..."

28.04.2026 12:09
6064