Sabah NATO nazirləri Ukraynaya ildə 40 milyardlıq hərbi yardım planını müzakirə edəcəklər

İyunun 13-də keçiriləcək iclasda NATO-nun müdafiə nazirləri Ukraynaya ildə 40 milyard dollar dəyərində silahların ayrılması planını təsdiq edəcəklər və alyans təchizatı koordinasiya edəcək.

Musavat.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Baş katib bildirib ki, nazirlərin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiqləyəcəklərini gözləyir: “Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir". Stoltenberqin sözlərinə görə, plana uyğun olaraq, NATO ölkələri Ukraynaya hər il 40 milyard dollar hərbi yardım göstərməlidir: "Münaqişə başlayandan NATO ölkələri hər il 40 milyard dollar hərbi yardım göstəriblər. Biz bu minimumu lazım olan müddətdə saxlamalıyıq".

 

Musavat.com

12.06.2024 23:03
294