Saat 10:00-dan qaz olmayacaq - Bu ərazilərdə

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

17.04.2026 09:49
11240