Ruslar sanksiyalara görə yeni ödəniş sistemi qururlar  

 

Ruslar yeni ödəniş sistemi qururlar.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, “Wildberries” bazarı ilə Rusiyanın ən böyük xarici reklam operatoru “Russ”un birləşməsi çərçivəsində şirkətlərin özlərinin bildirdiyi kimi təkcə “yüksək texnologiyalı rəqəmsal ticarət platforması” yaratmaq deyil, həm də “ödəniş sistemi” yaratmaq planlaşdırılır.

“SWIFT” və rəqəmsal bank şəbəkəsindən yan keçməklə, bütün dünyada rublla hesablaşmaların aparılması planlaşdırılır.

Müqavilə hökumətlə razılaşdırılıb. Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin layihənin kuratoru təyin edilib.

23.06.2024 14:57
516