Ruslar artıq evlərinin pəncərəsindən MÜHARİBƏNİ izləyir: Xalq ETİRAZ edir

"Rusiya şəhərlərinə ard-arda təşkil edilən dron hücumları və cəbhədəki son vəziyyət fonunda rus cəmiyyətində narazılıqlar getdikcə daha açıq formada ifadə olunmağa başlayıb. Ölkənin iqtisadi və hərbi sütunlarına endirilən zərbələr Moskva rəhbərliyini ciddi şəkildə narahat edir."

Bunu "Tv Musavat"ın efirində polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, artıq müharibənin mənzərəsi rus insanı üçün tamamilə dəyişib: "Rusiyada əvvəllər müharibəni Solovyovların efirlərindən izləyirdilərsə, bu günləri müharibəni artıq öz eyvanlarından və pəncərələrindən görürlər. Ona görə də mənzərə tam fərqlidir. Yəni bir neçə müddət bundan əvvəl görünən mənzərə bu gün rus insanı üçün, Moskvada, Moskva ətrafında, Rusiyanın şəhərlərində yaşayan insanlar üçün tam fərqli bir formada görünür. Ona görə də biz bu gərginliyi artan xətt üzrə hiss eləyirik. Çünki müharibənin episentrinə belə götürəndə, yəni qərar Moskvadan verilir və Rusiya rəhbərliyi tərəfindən verilən qərarlarla bağlı artıq Rusiya insanları, Rusiyada yaşayan insanlar etirazlarını, narazılıqlarını açıq şəkildə dilə gətirirlər və bundan da əlbəttə ki, Rusiya rəhbərliyi böyük əsəb keçirir".

Cəfərov qeyd edib ki, Moskva daxili gərginliklə yanaşı, regional təsir rıçaqlarını itirmək qorxusu ilə Ermənistan mövzusunu yenidən qabartmağa çalışır: "Uzun müddət idi Rusiya Təhlükəsizlik Şurasının rəhbəri, bu yaxınlara qədər Rusiya müdafiə naziri olan Sergey Şoyqu demək olar ki, görünmürdü. Amma Şoyqunun dünənki açıqlaması, özü də müharibə aparan bir ölkənin rəsmiləri daha çox müharibəyə köklənmək əvəzinə bu günləri onlar üçün Ermənistan sanki bir ölüm-dirim meydanına çevrilib. Və Şoyqunun da 'biz olmasaydıq, Ermənistan artıq çoxdan öz müstəqilliyini itirmişdi'... Hələ bu harasıdır, yəni Şoyqu biraz abırlı formada fikirlərini ifadə eləyir. Amma Rusiya kanallarında isə yəni türklər və azərbaycanlılar artıq çoxdan Ermənistanı deməli məhv etmişdilər və o təhlükə bu gün də var. Bu təhlükə biz əgər Rusiya qoşunlarını Ermənistan ərazisindən çıxarsaq, bu təhlükə yaxın aylarda da baş verəcək. Yox, əgər hətta sual qoyurlar, yox, əgər siz özünüzə belə arxayınsınızsa, bizim onda yəni sizə deyəcəyimiz və yaxud da ki göstərəcəyimiz hər hansı bir dəstək yoxdur. Bu Rusiya tərəfindən səslənir".

Ekspertin fikrincə, Ukraynanın Rusiyanın mühüm infrastruktur obyektlərinə, xüsusilə də enerji sektoruna endirdiyi zərbələr Kremlin strateji planlarını ciddi şəkildə sarsıdır: "Rusiya həm də hiss eləyir, Sevinc xanım, artıq Rusiyanın sizin qeyd elədiyiniz kimi, Samara vilayətinin Sızran şəhərindəki o neft emalı zavodu ikinci dəfə bu dəfə, necə deyərlər, yaxşıca ütüləndi. Keçən ilin dekabrında həmin o zavod vurulmuşdu. Dekabrdan sonra Rusiya həmin o neft emalı zavodunda müəyyən bərpa işləri aparmışdı və nəhayət Ukrayna, yəni dekabrda başa çatdırmadıqlarını indi deməli başa çatdırdı və həmin o neft emalı zavodu mərkəzi deməli neft emalı zavodlarından biri idi. Və nəzərə alsaq ki, son günlər ümumiyyətlə Ukrayna dron hücumları ilə demək olar ki, Rusiyanın əksər mərkəzdə olan əksər yanacaq istehsal eləyən zavod və fabriklərin, müəssisələrin fəaliyyətini durdurub. Yəni o müəssisələr demək olar ki tam yararsız vəziyyətdə olmasa da, yəni işləmə qabiliyyəti xeyli zəifləyib. Əlbəttə ki, bu son günlər yaşananlar Rusiya rəhbərliyində də çox böyük, necə deyərlər, narahatçılıq yaradır. Və biz bunu Putinin də açıqlamalarında görürük, elə Rusiyanın digər rəsmilərinin də açıqlamalarında görürük".

Musavat.com

23.05.2026 22:22
1058