Rusiyadan iddia - valyuta ehtiyatı rekord həddə çatıb

Ukraynada apardığı işğalçı müharibəyə görə, sanksiyalara məruz qalan Rusiya təcrida vəziyyətinə baxmayaraq, özünün valyuta ehtiyatlarını artırıb. Bu Mərkəzi Bankın məlumatına görə, Rusiyanın beynəlxalq ehtiyatları son bir həftə ərzində 11,3 milyard dollar artaraq 26 dekabr 2025-ci il tarixində 763,9 milyard dollarla rekord həddə çatıb.

Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir.

“Beynəlxalq ehtiyatlar 2025-ci il dekabrın 26-da 763,9 milyard ABŞ dolları təşkil edib. Bir həftə ərzində ehtiyatlar 11,3 milyard ABŞ dolları və ya 1,5% artıb”, - Rusiya Mərkəzi Bankının hesabatda deyilir.
Bildirilir ki, Rusiyanın beynəlxalq ehtiyatlarının əvvəlki rekord həddi - 752,6 milyard dollar olub.

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən sonra Qərb ölkələri Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib. Bu qadağa Rusiyanın qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı bütün əməliyyatları, habelə Mərkəzi Bankın adından və ya onun göstərişi ilə fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatları da əhatə edib.

Musavat.com

13.01.2026 20:58
1968