Rusiyada Tacikistan vətəndaşı dəlixanaya göndərildi - FOTO

Rusiyada 20 yaşlı Əsgər Butayev dəli elan edilib və məcburi müalicəyə göndəriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Qurumun məlumatına görə, “Butayev cinayət törətdiyi zaman psixi pozğunluğun olması səbəbindən əməllərinin faktiki mahiyyətini, ictimai təhlükəliliyini dərk edə və onlara nəzarət edə bilməyib”.

Tacikistan vətəndaşı Moskvanın Yujnoye Butovo rayonundakı pravoslav kilsəsinə gələrək orada yanan şamları söndürdüyünə və kilsə ziyarətçilərindən birini itələdiyinə görə həbs edilib.

Butayev “din azadlığı hüququnun pozulması” maddəsi ilə “pravoslav inancına məhəl qoymamaqda” ittiham edilib.

Musavat.com

25.06.2024 13:58
516