Rusiyada binanın qismən uçması nəticəsində ölənlərin sayı beş nəfərə çatıb

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində beşmərtəbəli yaşayış binasının girişinin qismən uçması nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, hadisə nəticəsində altı nəfər xəsarət alıb.

15.06.2024 14:42
447