Rusiya nəşri Paşinyanı “Sorosyan” adlandırdı

“Komsomolskaya Pravda”: “Bəlkə Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan parlamentinin sədri Qafarova ilə görüşündə Şuşa haqqında “sən cənnətdə yaşayırsan, mən heç yerdə belə yer görməmişəm” deməsi Vovayeviçi incitdi?”

Rusiyanın tanınmış nəşrlərindən olan “ Komsomolskaya Pravda” nəşri Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-dən çıxacaqları və Belarus Prezidenti Aleksandr Lukaşenko haqda son dedikləri haqda məqalə dərc edib. Musavat.com xəbər verir ki, Aleksandr Qrişinin müəllifi olduu məqalədə Paşinyana ünvanlı sərt tənqidlər yer alıb.

”Nəhayət, Ermənistanın baş naziri Nikol Sorosyan, bağışlayın, Paşinyan, çox güman ki, erməni xalqının “zehni zəiflik anında” ölkəsinə daha bir düşmən tapdı. Nikol Parşinyan bütün qəzəbini bu dəfə Belarusa yönəltdi. O, əvvəlcə ehtirasla Ermənistanın KTMT-dən çıxacağını bəyan etdi. Əslində bir müddət əvvəl dönəm sədri olduğu təşkilatı “köpük ittifaqı” adlandırmışdı. İndi belə çıxır ki, Ermənistan KTMT-yə geri qayıtmayacaq. Lakin sonra Nikol Vovayeviç o qədər həyəcanlandı ki, Belarusa hücum etdi. KTMT rəhbərlərindən biri müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini dəstəklədiyini bildirdi. “Bundan sonra Belarus Prezidenti ilə KTMT formatında məsələləri müzakirə etməliyəmmi?” dedi. “Nə qədər ki, Prezident Aleksandr Lukaşenko Belarusdadır, bəyan edirəm ki, bundan sonra Ermənistanın bir rəsmi nümayəndəsi Belarusa getməyəcək” dedi. Bundan sonra o, Ermənistan səfirini dərhal Minskdən məsləhətləşmələr üçün geri çağırıb. Minsk də eyni addımı atdı, öz səfirini eyni prosedurlara görə geri çağırdı” deyə, məqalədə bildirilir. 

untitled_design_(85).jpg (36 KB)

Sonra məqalədə xatırlanır ki, bu günlərdə Belarus Prezidenti Azərbaycanda olub, Qarabağın tikilməsində iştirak etmək istədiyini bəyan edib. “Bəlkə Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan parlamentinin sədri Qafarova ilə görüşündə Şuşa haqqında “sən cənnətdə yaşayırsan, mən heç yerdə belə yer görməmişəm” deməsi Vovayeviçi incitdi? Axı Paşinyanın özü, 2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistan parlamentinin tribunasından “Şuşi(Şuşa-red) boz, bədbəxt şəhər idi, bu, bizə doğrudanmı lazım idi?” demişdi”. 

Screenshot_4.png (799 KB)

Müəllif yazır: “Bəs. İrəvanda nə baş verdi ki, Lukaşenkokun səfərindən təxminən bir ay sonra Paşinyan-Sorosyan qəfildən Minskə və KTMT-yə qarşı hücuma keçdi? Ermənistanın indiki baş nazirinin hakimiyyətinə qarşı bir aya yaxındır ki, etirazlar səngimir. Etirazçılar Paşinyanı ölkənin maraqlarını satmaqda suçlayır. Paşinyan getdikcə daha çox Zelenskiyə bənzəyir, eyni isterika, müxalifəti qəti şəkildə rədd etmək , bütün mümkün vasitələrdən istifadə edərək fərqli fikirlərə qarşı mübarizə aparmaq... Dünən İrəvanda kütləvi etirazlar zamanı polisin səs qumbaralarından istifadə etməsi nəticəsində onlarla insan xəstəxanaya yerləşdirilib, həbslər var, hətta bir nəfərin əli qoparılıb. Təbii ki, Paşinyanın davranışlarına ABŞ-ın Ermənistanı özünün yeni strateji müttəfiqi və tərəfdaşı kimi seçməsinin də təsiri var. Burada da Nikol eyni Zelenskiyə bənzəyir- o da Vaşinqtonu sevindirmək fürsətindən bu cür yayaralanır. Görünür, indiki soyad əvəzinə Sorosyan soyadını daşımağa layiq olması belə, baş naziri narahat etmir”.

 

Musavat.com

13.06.2024 23:46
914