Rusiya Avropa müəssisələrini milliləşdirir? – Putindən REAKSİYA

Putin Avropa müəssisələrinin milliləşdirilməsi iddialarını rədd etdi: "Yalan və təxribatdır"

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropaya məxsus müəssisələri milliləşdirməsi ilə bağlı səsləndirilən ittihamları qətiyyətlə təkzib edib.

Musavat.com xəbər verir ki, Rusiya dövlət başçısı bu iddialara kəskin reaksiya verərək deyib: “Bu, yalan və təxribatdır”.

Rusiya prezidenti vurğulayıb ki, qərb şirkətlərinə müvəqqəti xarici idarəetmənin tətbiq olunması Qərbdə Rusiya aktivlərinin ehtimal olunan milliləşdirilməsinə adekvat cavab vermək üçün imkan yaradır.

Putin həmçinin əlavə edib ki, hadisələrin əlverişli ssenari üzrə inkişaf edəcəyi təqdirdə qərbli mülkiyyətçilər öz müəssisələrini yenidən geri ala biləcəklər.

Musavat.com

01.10.2026 22:58
704