ABŞ dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələrdə Rusiya-Ermənistan münasibətlərindən danışıb.
Musavat.com-un məlumatına görə, dövlət katibi deyib ki, Rusiya Paşinyanın seçkilərdə məğlub olmasını istəyir.
Rubio bəyan edib ki, bu, ABŞ-nin Ermənistanın daxili işlərinə fəal şəkildə qarışması ilə bağlıdır və xüsusilə Rusiya bundan məmnun deyil.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Ermənistana 1 saatlıq səfəri zamanı xarici işlər naziri Ararat Mirzoyanla Zvartnots hava limanında görüşərkən tərəflər “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) ilə bağlı ABŞ və Ermənistan arasında əməkdaşlıq üzrə çərçivə sazişi layihəsini imzalamışdılar.
Rubio Senatda Kremlin ittihamlarına reaksiyası zamanı vurğulayıb ki, ABŞ Ermənistanı konkret hansısa ölkə ilə münasibətləri kəsməyə çağırmır. O, bəyan edib ki, Vaşinqton sadəcə olaraq regionda iştirak etmək və Azərbaycanla sülhün təşviqi də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyir.
Musavat.com