Rubio Lavrovla görüşəcək

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci toplantısı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçiriləcək.

Musavat.com xəbər verir ki, məlumat Rubionun Dövlət Departamentinin İnternet saytında yerləşdirilən iş qrafikində əksini tapıb.

Qrafikdən aydın olur ki, görüş bu gün Bakı vaxtı ilə saat 17:00-da planlaşdırılıb.

Musavat.com

23.09.2026 10:36
463