Rubio Kuba ilə danışıqlara başladı

ABŞ prezidenti Donald Tramp ABŞ-nin Kubaya qarşı hərbi əməliyyatının mümkünlüyü ilə bağlı suala cavab verməkdən imtina edib.

Musavat.com xəbər verir ki, o, ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyata bənzər bir əməliyyatı Kubada keçirməyi düşünüb-düşünmədiyi soruşulduqda "buna cavab vermək istəmirəm" deyib.

Trampın sözlərinə görə, belə bir əməliyyat çox asan olardı: "Bu, çox çətin bir əməliyyat olmazdı, amma düşünmürəm ki, buna ehtiyac var".

Ağ Evin məlumatına görə, ABŞ administrasiyası hazırda Havana ilə danışıqlar aparır: "Biz indi Kuba ilə danışırıq, ABŞ dövlət katibi Marko Rubio indi Kuba ilə danışır".

ABŞ prezidenti Kuba hakimiyyətinin Vaşinqtonla "razılaşmalı" olduğuna inandığını əlavə edib.

Musavat.com

17.02.2026 09:31
400