Retkliff Ukrayna danışıqlarında iştirak edir – Tramp

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqların bütün aspektlərindən xəbərdardır.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İrlandiyadan ABŞ-a gedərkən təyyarəsində jurnalistlərə MKİ direktorunun Ukraynadakı münaqişə ilə bağlı danışıqlarda daha əhəmiyyətli rol oynayıb-oynamayacağı sualına cavab olaraq deyib: "Retkliff əla iş görür. O, hər şeydə iştirak edir".

Eyni zamanda Tramp xüsusi elçi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin də danışıqlar aparan şəxs kimi əla iş gördüklərini bildirib və Qəzza zolağındakı vəziyyətin nizamlanmasını buna nümunə kimi göstərib.

Musavat.com

14.09.2026 09:15
547