Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Rəqqasə Rəna Ağamuradovanın (Renka) səhhətində problem yaranıb.

Bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Rəqqasə təcili tibbi yardıma müraciət etdiyini bildirib:

"Səhər yenə ölürdüm. Danışa bilmirdim, ağzım söz tutmurdu. Hər şeyi yavaşladılmış formada görürdüm. Təcili yardıma getdim, mənə kofein vurdular. Çox pis idim, indi özümə gəldim, beynim açıldı". (Axşam.az)

12.06.2026 08:06
894