Ramiz Mehdiyevin bu biznesi də BAĞLANDI

“T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2026-cı il iyulun 28-də verilən BKT-51 nömrəli lisenziya ləğv edilib. Azərbaycan Mərkəzi Bankı bununla bağlı qərar verib.

Bu təşkilat Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur.

Belə ki, “T-Kredit” MMC “Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını dəyişərək BOKT-a çevrilməsi nəticəsində yaranıb. ASC-nin lisenziyası isə cari ilin iyulun 27-də ləğv olunub.

Qeyd edək ki, "Bank BTB"nin əsas səhmdarı 76,7% payla Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17,7%) və Tükəzban Mahmudova (5,6 %) olub.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində onun barəsində cinayət işi başlanıb. R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. (Ölkə.az)

01.10.2026 14:36
1249