Ramafoza yenidən CAR-ın prezidenti seçilib

Matamela Siril Ramafoza Milli Assambleyada keçirilən səsvermədən sonra yenidən Cənubi Afrika Respublikasının prezidenti seçilib.

“Report” xəbər verir ki, parlamentin yeni heyətinin ilk iclası qanunverici orqanın yutub kanalında canlı yayımlanıb.

Ramafoza 283 səs, rəqibi İqtisadi Azadlıq Mübarizəçiləri partiyasının lideri Culius Malema 44 səs alıb. 12 bülleten isə korladılıb.

Cənubi Afrika Ali Məhkəməsinin sədri Raymond Zondo Ramafozanı qanuni prezident elan edib.

15.06.2024 03:23
389