Qazaxıstanda DƏHŞƏTLİ YANĞIN - İnsanlar təxliyə edilir

Qazaxıstanın paytaxtı Astanada 26 mərtəbəli bina yanır.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın yuxarı mərtəbələrdən başlayıb.

Binadan biri uşaq olmaqla 8 nəfər təxliyə edilib. 

Qeyd olunub ki, bina inzibati və qismən yaşayışlıdır. Hadisə yerində qərargah yaradılıb. Evakuasiya aparılır.

Yanğının səbəbi hələlik açıqlanmır.

Musavat.com

22.06.2024 15:13
696