Rusiyada maraqlı elmi layihəyə start verilib.
Musavat.com xəbər verir ki, Rusiyanın Humanitar Elmlər Dövlət Universitetində Vladimir Putinin ailə tarixinin araşdırılması üçün xüsusi vakansiya elan olunub.
Məlumata görə, işə qəbul ediləcək əməkdaş Putinlər nəslinin 1861–1917-ci illər arasındakı kollektiv bioqrafiyasını araşdıracaq. Tədqiqat əsasən ailənin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan təbəqədən kiçik şəhər sahibkarlığına keçid prosesini əhatə edəcək.
Vakansiya üzrə əmək haqqının 82 min rubl olduğu bildirilir. Əlavə mükafat və ya sosial güzəştlərin nəzərdə tutulmadığı qeyd olunur.
KİV-in yaydığı məlumata görə, vakansiya bu ilin aprel ayında elmi işçilərin seçimi üzrə vahid müsabiqə sistemində və universitetin rəsmi internet səhifəsində yerləşdirilib. Müraciətlərin qəbulu iyunun 10-dək davam edəcək.
Araşdırmanın məqsədi Putinlər nəslinin XIX əsrin sonu və XX əsrin əvvəllərində keçdiyi sosial-iqtisadi dəyişiklikləri öyrənməkdir.
Musavat.com