Putindən milyonlarla ermənini qorxudan açıqlama gəldi

Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması halında bu ölkə vətəndaşlarının Rusiyada işləməsi və sosial təminatlardan istifadə etməsi ilə bağlı mövcud güzəştlər ləğv oluna bilər.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlama verib.

Putinin sözlərinə görə, Ermənistan Aİİ-ni tərk edərsə, onun vətəndaşlarına MDB ölkələrindən gələn digər əmək miqrantlarına tətbiq olunan qaydalar şamil ediləcək. Bu halda Rusiyada işləmək üçün patent alınması tələb olunacaq.

Rusiya lideri bildirib ki, Ermənistan vətəndaşları icbari tibbi sığorta (OMS) sistemindən istifadə etmək üçün də ən azı beş il ölkədə yaşamalı olacaqlar.

Putin vurğulayıb ki, Aİİ çərçivəsində mövcud olan əmək və sosial güzəştlər Ermənistanın ittifaqdan çıxacağı təqdirdə qüvvədən düşəcək.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı İrəvanın qəbul edəcəyi qərarın sosial və iqtisadi nəticələri diqqətlə hesablanmalıdır.

Musavat.com

29.05.2026 22:20
1168