Putin ŞƏRTİNİ AÇIQLADI: Atəşkəsə RAZIYAM – Ukraynada proseslər QIZIŞDI

Ukrayna qoşunları mövqelərini tərk etdikdən sonra hərbi əməliyyatlar dayandırılacaq.

Axar.az “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri “işğal etdikləri ərazilər”dən (Ukraynanın beynəlxalq hüquqla tanınan ərazisi olan Donbası nəzərdə tutur – red.) geri çəkilməsə, Rusiya buna silah gücü ilə nail olacaq.

Rusiya prezidenti həmçinin qeyd edib ki, bütün cəbhələrdə müsbət impuls davam edir, Rusiya Silahlı Qüvvələri öz irəliləyişlərini artırır.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

28.11.2025 12:52
850