Ermənistanda keçiriləcək 7 iyun parlament seçkilərinə sayılı günlər qalıb. Seçki ərəfəsində Ermənistan-Rusiya münasibətlərində gərginlik getdikcə daha açıq formada özünü göstərir. Moskva ilə İrəvan arasında siyasi qarşıdurmanın dərinləşdiyi bir vaxtda Rusiya dairələrində Ermənistana qarşı sərt addımlar atılması, hətta qoşun yeridilməsi ilə bağlı çağırışlar səslənməkdədir.
Ötən gün rusiyalı təbliğatçı Sergey Mardan Rusiya telekanallarından birinin efirində "Ermənistana qoşun yeridilməlidir, əgər Ermənistan “səhv” seçim edərsə, ona qarşı ən sərt tədbirlər görülməlidir" kimi fikirlər səsləndirib.
Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyana qarşı mümkün sui-qəsd, hətta onun öldürülə biləcəyi ilə bağlı iddialar da gündəmdədir. Eyni zamanda, Rusiyanın Ermənistanda daxili sabitliyi pozmağa, müxtəlif iğtişaşlar yaratmağa və ya hakimiyyət dəyişikliyi cəhdlərini təşviq etməyə çalışa biləcəyi barədə fikirlər səsləndirilir.
Bəs doğrudanmı Rusiya Ermənistanda iğtişaş və ya çevriliş cəhdinə əl ata bilər? Paşinyana qarşı sui-qəsd ehtimalları nə dərəcədə real görünür?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com