Prezident Qurban Qurbanovu təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanovun "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Musavat.com-un məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilsin".

01.06.2026 15:11
9468