Polşa rəhbərliyindən qəti mövqe: Rusiya öz şərtlərini diqtə edə bilməz

Polşa Baş naziri Donald Tusk hesab edir ki, ABŞ-ın Ukraynaya təqdim etdiyi "sülh planı" müzakirə edilməlidir.

Musavat.com xəbər verir ki, baş nazir X hesabında etdiyi paylaşımda bildirib ki, Rusiya öz şərtlərini tətbiq edə bilməz.

Tusk qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Ukrayna liderinin mövqeyi birmənalıdır: ABŞ təklifi birgə iş və daha da inkişaf tələb edir: "Bir dəqiqə əvvəl Vladimir Zelenski telefon danışığında Amerika sülh təklifi ilə bağlı mövqeyini bildirdi. Bu, birgə iş tələb edir. Rusiya öz şərtlərini Ukraynaya və Avropaya diqtə edə bilməz. Polşa ilə bağlı hər şey Polşa hökuməti ilə razılaşdırılmalıdır".

Qeyd etmək lazımdır ki, Polşa prezidenti Karol Navrotski də Ağ Evin Ukraynaya diqtə etməyə çalışdığı ABŞ-ın "sülh planı"nı tənqid edib. O, qeyd edib ki, istənilən sülh planı əvvəlcə Ukrayna tərəfindən təsdiqlənməli və təcavüzkarı mükafatlandırmamalıdır.

Musavat.com

23.11.2025 03:08
875