Pentaqonun rəhbəri NATO ölkələrinin Ukraynaya etdiyi yardımın məbləğini AÇIQLADI

"NATO ölkələri 2022-ci ildən bəri Ukraynaya 98 milyard dollar dəyərində silah tədarük ediblər".

Bunu Pentaqonun rəhbəri Lloyd Ostin Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində Kiyevə hərbi yardım üzrə təmas qrupunun iclasını açarkən deyib.

O, Kiyevə hərbi yardımın həcminin artacağına ümid etdiyini bildirib.//Oxu.az

14.06.2024 02:52
654