“Patriot”la bağlı xəbərlər Polşada NARAHATLIQ YARATDI

Polşada yerləşdirilmiş “Patriot” zenit-raket komplekslərinin Ukrayna ərazisinə mümkün transferi ilə bağlı yayılan məlumatlar Varşavada narahatlıq yaradıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa bildirib.

Y.Severa bu məsələni ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da müzakirə etmək niyyətində olduğunu açıqlayıb və görüş istəyib.

O vurğulayıb ki, Polşa özünün “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürməyi planlaşdırmır.

Büro rəhbərinin sözlərinə görə, bütün “Patriot” batareyalarının ötürülməsi Polşanın təhlükəsizliyini azaldır.

Musavat.com

13.06.2024 13:19
661