Paşinyandan Türkiyə və Azərbaycanla bağlı AÇIQLAMA - "Səbirsizliklə gözləyirik"

Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir.

Musavat.com xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən panel müzakirəsində bəyan edib.

Paşinyan qeyd edib ki, hazırda İrəvan TRIPP layihəsinin reallaşdırılmasına diqqət yetirib.

Layihənin həyata keçirilməsi nəticəsində Ermənistan faktiki olaraq 1990-cı illərin əvvəllərindən bəri davam edən blokadadan çıxacaq.

Məlumata görə, baş nazir çıxışında bunları vurğulayıb:

“İlkin mərhələdə biz Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Eyni zamanda, Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Ümumi kontekstdə bu, beynəlxalq logistikanı köklü şəkildə dəyişəcək, çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut qazanacaq”.

O, həmçinin hesab edir ki, layihənin reallaşması nəticəsində Bəsrə körfəzi ölkələrini Qara dəniz regionu ilə birləşdirən dəmir yolu da istifadəyə veriləcək.

Musavat.com

23.09.2026 10:18
1035