Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin tikinti sənayesində işçi qüvvəsi çatışmazlığı yaşadığını bildirib və vətəndaşları xaricdə deyil, ölkə daxilində iş axtarmağa çağırıb.
Musavat.com xəbər verir ki, o, bu barədə Geqarkunik bölgəsindəki seçki kampaniya zamanı deyib.
Paşinyan xatırladıb ki, 2022-ci ildə Ukraynada müharibə başladıqdan sonra hakimiyyət əmək miqrasiyası imkanlarının azalmasından narahat idi. O bildirib ki, hökumət ölkə daxilində iş yerləri yaratmaq üçün əsaslı tikintinin artırılmasına diqqət yetirib.
Baş nazir qeyd edib ki, əvvəllər xaricdə fəaliyyət göstərən bir çox şirkət hazırda respublika daxilində layihələr həyata keçirir.
Daha əvvəl, iyunun 2-də Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Ermənistan AİB-dən çıxsa, Rusiyaya daxil olan vətəndaşlar üçün immiqrasiya imtiyazları ləğv ediləcək və işə qəbul yalnız iş icazəsi ilə mümkün olacaq.
Musavat.com