Miqrasiya Məcəlləsinə əsasən, təhlükəsizlik baxımından vətəndaşlarımızın hüquqlarının müdafiəsi üçün zəruri olduqda müəyyən sayda qurumlar var ki, şəxsləri ölkədə “arzuolunmaz” elan edə bilir. Bu qurumlardan biri də Dövlət Miqrasiya Xidmətidir.
Bunu Musavat.com əməkdaşının sualına cavabda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
“Digər qurumların müraciəti əsasında da şəxsin “arzuolunmaz şəxs” kimi qeydə alınması mümkündür. Əgər şəxsin fəaliyyəti gələcəkdə ölkəyə gəlməsi üçün məqbul hesab edilmirsə, belə qərar qəbul edilə bilər”, - V.Hüseynov əlavə edib.
Nigar Həsənli
Musavat.com