Ölmüş yaxınlarınızla danışa biləcəksiniz – ŞOK

Ölən insanları rəqəmsal formada “canlandıran” yeni “2wai” tətbiqi ictimaiyyətdə böyük müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, proqram istifadəçiyə qısa səs parçası və bir neçə dəqiqəlik video vasitəsilə virtual “HoloAvatar” yaratmağa imkan verir. Tətbiqin reklamında isə hamilə qadının rəhmətə gedən anasının süni intellektlə hazırlanmış avatarı ilə danışdığı səhnələr göstərilib.

Bu texnologiya sosial şəbəkələrdə sərt reaksiyalara yol açıb. Bir çox izləyici belə avatarların etik baxımdan təhlükəli olduğunu və emosional manipulyasiyaya səbəb ola biləcəyini bildirib.

“2wai” hazırda iOS istifadəçiləri üçün əlçatandır və həm real insanları, həm də müxtəlif peşələrə aid hazır personajları təqlid edən avatarlar yaratmağı təklif edir.

Musavat.com

15.11.2025 18:22
1156