“O biri dünyada hesablaşacağıq, amma...”

Türkiyəli müğənni Doğuş vəfat edən jurnalist və aparıcı Reha Muhtar haqqında duyğusal paylaşım edib.

Musavat.com xəbər verir ki, sənətçi illər əvvəl aralarında yaşanan gərginliyə baxmayaraq, Reha Muhtarın vəfat xəbərindən kədərləndiyini bildirib.

Doğuş sosial şəbəkə hesabında bunları qeyd edib: 

“Reha Muhtar vəfat edib. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Allah günahlarını bağışlasın. İllər əvvəl ona demişdim ki, o biri dünyada hesablaşacağıq. Amma bildiyim qədərilə, ağır xəstə idi və bu məni çox üzdü. Ona haqqımı halal edirəm, yeri rahat olsun”.

Qeyd edək ki, Doğuş və Reha Muhtar arasında illər əvvəl yaşanan qalmaqal uzun müddət Türkiyə mediasının gündəmində olub. Belə ki, onlar arasında inciklik Doğuşun uşaq evində və küçələrdə yaşadığı həyatı bir televiziya proqramında danışdıqdan sonra Muhtarın ona qarşı bəzi açıqlamlar verməsi olub. 

Könül
Musavat.com 

 
 
03.06.2026 14:18
554