Norveç atom enerjisinə qayıtmalı olur

Norveç hakimiyyəti ölkədə nüvə enerjisindən istifadə imkanlarını nəzərdən keçirmək üçün komissiya yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, getdikcə daha çox elektrik enerjisi tələb edən sənaye obyektlərinin inkişafı Norveç hökumətini nüvə enerjisindən istifadə məsələsini gündəmə gətirməyə vadar edib. Norveçin keçmiş maliyyə naziri Kristin Halvorsen komissiyanın rəhbəri təyin edilib və o, 2026-cı ilin aprelinə qədər nüvə texnologiyasından enerji mənbəyi kimi istifadənin mümkünlüyü barədə hesabat təqdim etməlidir. Komissiya layihənin dəyərini, onun ətraf mühitə təsirini qiymətləndirəcək, həmçinin təşəbbüsün mümkün reallaşması zamanı tullantı problemini müzakirə edəcək.

Bloomberg qeyd edir ki, Norveç 1970-ci illərdə alternativ enerji mənbəyi kimi nüvə enerjisi kəşfiyyatını dayandırıb, qonşu ölkələr İsveç və Finlandiya isə reaktorlar üzərində işləməyə davam ediblər.

 

Musavat.com

21.06.2024 22:52
419