"Nilay" "Kızılcık şerbeti"ndən gedir

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq.

Ekran işinə aktrisa Feyza Civelek vida edəcək.

Bununla bağlı xəbər yayıldıqdan sonra aktrisa instaqram hesabını tamamilə bağlayıb.

Qeyd edək ki, 5-ci mövsümünün yayımlanması gözlənilən serialın baş rolunu Seray Kaya və Emre Dinler paylaşır. Feyza layihədə "Nilay" obrazına həyat verirdi. O, tez-tez anasının sözügedən serialın ssenaristi olması və aktrisalıq performansına görə də tənqid edilirdi. (Axşam.az)

01.08.2026 23:38
868