Nəriman Həsənzadənin səhhəti necədir?

Xəbər verdiyimiz kimi, Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib.

Şairin köməkçisi Arif Mehmandost Axşam.az-a açıqlamasında onun səhhətindən danışıb. O bildirib ki, N.Həsənzadə həkim nəzarətindədir:

"Reanimasiyadadır. Həkimlər deyir ki, dializ olunmalıdır. Bundan əvvəl edilib. İndi yaxşıdır. Huşu yerindədir, danışır. Yanına girib, danışa bilirik".

Qeyd edək ki, N.Həsənzadəyə böyrək çatışmazlığı diaqnozu qoyulub.

05.12.2025 14:32
640