Neftdə yeni dalğa: 2008-ci il rekorduna yaxınlaşır

Dünya enerji bazarında kəskin sıçrayış qeydə alınıb.

Musavat.com xəbər verir ki, Brent markalı neftin qiyməti sürətlə bahalaşaraq 141 dollar səviyyəsinə yüksəlib və bu, 2008-ci ildən bəri ən yüksək göstərici hesab olunur.

Qiymət artımı Yaxın Şərqdə gərginliyin artması, xüsusilə ABŞ-İran qarşıdurmasının dərinləşməsi və Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi ilə əlaqələndirilir. Bu faktorlar bazarda təchizatla bağlı ciddi narahatlıq yaradıb və investorları ehtiyatlı davranmağa məcbur edib.

 


Musavat.com

02.04.2026 23:01
4462