Nazir məşhur notariusu cərimələdi

Ədliyyə nazirinin qərarı ilə tanınmış notarius cərimələnib.

Musavat.com xəbər verir ki, əvvəllər Bakı şəhəri 6 nömrəli notariat kontorunda fəaliyyət göstərən, hazırda isə Ucar rayonunun xüsusi notariusu olan Ələddin Orucov barəsində cərimə tətbiq olunub.

Qərarın təfərrüatları barədə hələlik rəsmi məlumat verilmir./nocomment.az/

01.10.2026 17:08
3651