Naxçıvanda DƏHŞƏTLİ QƏZA - Yaralılar var - FOTOLAR

Naxçıvan-Şahbuz magistralında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Gülər Bayramova və Fidan Abdullazadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


06.09.2026 15:00
635