Murad Arifdən odlu-alovlu sözlər: “Boş-boş danışırlar”

Hitmaker Murad Arif odlu-alovlu sözləri ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, “Mədəni şou”ya qonaq olan sənətçi iş görməyən, sadəcə gündəmdə qalmağa çalışan tanınmışlar haqqında fikrini bölüşüb:

“Bu gün kanallara, verilişlərə çıxmağa vaxtım olmur. Çünki hər gün səhnələrim, tədbirlərim, çıxışlarım, hər il konsertlərim, böyük layihələrim olur. Mən çox işlədikcə başa düşürəm ki, danışmağa vaxt az qalır. Əksinə, o veriliş sənin, bu veriliş mənim, bu kanal sənin, o kanal mənim gəzən və onun-bunun işini müzakirə etmək üçün efirə çıxan adamlar anlayırsan ki, iş görməyi yox, danışmağı bacarırlar. Onlar ancaq başqaları haqqında danışırlar, bu, normal deyil”.

Murad Arif onu toylardan, tədbirlərdən uzaqlaşdırmaq istəyən həmkarlarına da mesaj göndərib.

Könül
Musavat.com 

01.12.2025 18:00
807