Müdafiə naziri bu faciəyə görə cəzalandırıldı

Xəzər bölgəsində keçirilən təlimlər zamanı hərbi qulluqçuların həlak olmasından sonra Qazaxıstanın müdafiə naziri Dauren Kosanov vəzifəsindən azad edilib.

Musavat.com bildirir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.

Qeyd efək ki, Xəzər sahili boyunca yerləşən Mangistau vilayətində keçirilən "Xəzər Müdafiəsi-2026" təlimləri zamanı hava şəraitinin qəfil pisləşməsi və küləyin güclənməsi səbəbindən Hərbi Dəniz Qüvvələrinin 17 hərbi qulluqçusu dənizə düşüb.

Onlardan 3-ü xilas edilib, 14-ü isə həlak olub. Hadisə ilə əlaqədar daha əvvəl beş yüksək rütbəli hərbi rəsmi saxlanılmışdı.

Musavat.com

27.09.2026 10:15
982