Motosikletdə övladını təhlükəyə atan sürücü məsuliyyətə cəlb edildi

Paytaxt ərazisində motosiklet idarə edən sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Araşdırmalar nəticəsində həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.\\Oxu.Az

 

23.06.2026 21:07
935